Azərbaycanın xalq artisti "Jara" festivalında çıxış edəcək

Azərbaycanın xalq artisti "Jara" festivalında çıxış edəcək

Məlumat festivalın rəsmi “Instagram” səhifəsində dərc olunub.

Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Musiqi Festivalı "Jara 2019"-da ilk dəfə Azərbaycan xalq artisti Brilliant Dadaşova çıxış edəcək.

“Onun adı özünə çox yaraşır. Onun səsi də, özü də Azərbaycan səhnəsinin əsl briliyantıdır! O, 90-cı illərdə müvaffəqiyyət qazandı.  

İyulun 26-da, yayın ən möhtəşəm hadisəsi olan  "Jara" festivalı çərçivəsində Azərbaycanın xalq artisti Brilliant Dadaşova tamaşaçıları 90-cı illərdən salamlayacaq və festivala Azərbaycan nostalji ritmlərinin rənglərini əlavə edəcək”, - deyə festivalın səhifəsində yazılıb.

Xatırladaq ki, "Jara 2019" festivalı Bakıa 25-28 iyul tarixlərində "Sea Breeze" turizm kompleksində keçiriləcək.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu” və “Qızıl qrammafom” mükafatlarının təsisçisi Sergey Kajevnikovdur. Onlarla birlikdə festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar pop ulduzları iştirak edir.

Azərbaycanın xalq artisti "Jara" festivalında çıxış edəcək, fotoşəkil-1

Bakucity.az 

Jara 2019
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər