Paytaxtda bir nəfər öz evindən oğurluq edib.
Bakucity.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Seyfulla Rzayev ərazi üzrə 30-cu polis şöbəsinə məlumat verib ki, evdən içində 30 min dollar pul olan seyf oğurlanıb.
Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Onların kimliyi isə hər kəsi şoka salıb.
Ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cəbrayılov törətdikləri oğurluğu etiraf ediblər.
Qeyd edək ki, hadisədən sonra Nəriman Rzayev və Atamoğlan Cəbrayılov izi itirmək məqsədi ilə ev əşyalarını dağıdaraq pəncərəni qırıblar.
Bakucity.az