UEFA Avropa Liqasının finalı ilə bağlı poçt markası buraxılıb.
Bakucity.az xəbər verir ki, “Azərmarka” MMC tərəfindən ədavülə buraxılan poçt vərəqi “UEFA Avropa Liqasının finalı 2019” adlanır.
Orijinal poçt vərəqi 2 növ maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100x132 mm, markanın ölçüsü isə 40x28 mm-dir.
Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printing House” çap evində işiq üzü görüb.
İki növ markadan ibarət olan kiçik poçt vərəqlərinin tirajı 5 min nüsxə, hər markanın tiraji isə 20 min nüsxə təşkil edir.
Buraxılışa əlavə olaraq 200 ədəd “İlk gün” zərfi də dövriyyəyə buraxılıb.
Bakucity.az