“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.
Bakucity.az xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasındakı avadanlıqlarda nasazlıq yaranıb.
Orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar:
“Mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb”, - deyə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Səlminaz Ələkbərova bildirib. (Ona.az)
Bakucity.az