Binəqədi rayonunda yanğın baş verib.
Bakucity.az xəbər verir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında qeydə alınan yanğın söndürülüb.
Hadisə yerinə Fövqəladı Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib.
İlkin məlumata görə, yanğın köhnə təkərlər, məişət tullantıları və quru ot olan ərazidə qeydə alınıb.
Bakucity.az