Rusiya Milli Anti-narkotik Birliyi Bakıda toplandı – FOTO

Birliyin nümayəndəliyini Bakıda açmaq mümkündürmü?

Bakucity.az xəbər verir ki, mayın 29-da “SeaBreeze Residences & Hotel”-də dünyanın hər yerində qeyd olunan (26 iyunda)“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bakıda keçirilən görüşün təşəbbüskarı Xalq artist Emin Ağalarov olub. Konfransda Rusiya Milli Anti-narkotik Birliyinin (MAB) sədri Nikita Luşnikov, qarışıq döyüş növləri üzrə çempion Fedor Emelyanenko və teatr, kino aktyoru Pavel Derevyanko iştirak edib.  

Tədbirin əvvəlində Emin Ağalarov MAB sədri Nikita Luşnikovla tanışlığı barədə danışıb:

“Rusiyada film premyerasında iştirak edirdim və dostum Pavel Derevyanko məni Nikita Luşnikovla tanış etdi. Nikita öz mərkəzi barədə danışdı və məni ora dəvət etdi. Mərkəz normal həyat tərzinə geri dönməyə çalışan insanlar üçün əla şərait yaradılan böyük bir məkandır. Bildiyiniz kimi, "Jara" layihəsinin rəhbəriyəm. Bu, bir çox şeyi birləşdirən kifayət qədər müasir layihədir. Buna görə də, layihə MAB-la tərəfdaş oldu”.

Daha sonra Nikita Luşnikov Azərbaycan və ölkəmizin gəncləri barədə təəssüratlarını bölüşərək, buarada olmaqdan böyük bir şərəf olduğunu vurğulayıb:

“Mənim məqsədim gəncləri sağlam həyat tərzinə bağlayacaq insanları bir araya gətirməkdir. Azərbaycan narkotikdən asılı insanlara qarşı anlayış göstərən ölkədir. Sizdən həqiqətən nümunə götürmək olar. Əgər gənclər aktiv idmanla məşğul olursa, bu, həmişə gələcəyə potensial açır. Eminlə tanış olduqda dərhal qərara aldıq ki, mütləq Bakıda bir iş görməliyik. Rusiyada və Azərbaycanda bizi dəstəkləyən insanlar var ki, müxtəlif növ asılılıqlara qarşı mübarizədə bizə kömək edəcəklər”.

Bakucity.az-ın MAB-ın Bakıda filialının açılması mümkündürmü sualına cavab verən Nikita Luşnikov bildirib ki, Azərbaycanda bunun üçün bütün şərait var:

“Biz həmişə yeni mərkəzlər açmağı hədəfləyirik. Məsələ burasındadır ki, narkotik asılılığı olan insanların müalicəsi üçün terapevtik mühit lazımdır. Ölkəniz bunun üçün çox əlverişlidir, burada çox müsbət şeylər var. Bizim üçün burada işə başlamaq maraqlı olardı. Əlbəttə ki, Azərbaycanda da narkomaniya ilə bağlı problemlər var. Düzdür, Rusiyadan və digər ölkələrdə olduğu qədər deyil, amma mərkəzimizə azərbaycanlı gənclər də gəlir”. 

Tədbirdə iştirak edən aktyor P.Derevyanko narkotik asılılığından uğurla qurtulmaqda bəxtinin gətirdiyini etiraf edib:

“Heç vaxt narkotikə toxunmadığımı deyə bilmərəm. Buna görə taleyə minnətdaram ki, Nikita ilə görüşdüm. Bu dostluq məni stimullaşdırır. Hər dəfə Nikita və onun qrupu ilə görüşlərə qatıldıqda müsbət enerji alıram. Dostluğumuzdan qürur duyuram və onu özümə böyük tərbiyyəçi hesab edirəm!”

MAB sədri qeyd edib ki, bu təşkilat kommersiya layihəsi deyil, narkotik asılılığı problemi olan insanlar üzərindən pul qazanmaq səhv olar. Bu mərkəzdə reabilitasiya tamamilə pulsuzdur. Ailə istəyərsə kiçik dəstək verə bilər, bu kifayətdir. Kifayət qədər pulu olmayanların mərkəzdə qalmaları üçün çox vaxt imkanlı xəstələrin valideynləri pul ödəyirlər.

Rusiya Milli Anti-narkotik Birliyi artıq müxtəlif növ asılılıqlara qarşı mübarizədə nüfuzlu təşkilat və insanlarla qüvvələrini birləşdirib. Narkotikdən asılı insanların və onların ailələrininin həyatını xilas edən mərkəzin Azərbaycanda da filalının açılacağı da mümkündür.

Züleyxan İsmayılova

Bakucity.az 

Konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
8 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Tədris ilinin başlaması paytaxtda nəqliyyat sıxlığı yarada bilər Bakucity.az xəbər verir ki, sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir.  Bakıda hər il olduğu kimi müşahidə ediləcək nəqliyyat sıxlığı ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BA...
Biznes
Həm yeni, həm də ikinci əl avtomobillərdə bahalaşma var Yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması avtomobil bazarında alıcılı sayını azaltsa da, bu, qiymətlərə təsir etməyib.  Bakucity.az xəbər verir ki, ötən həftə Badamdar avtomobil bazarında 2 min manata yaxın bahalaşma müşahidə edilib. İstehsal ilinə görə bu fərq 2015-ci ildən sonrakı avtomobillərdə 3-4 min manata yaxınlaşıb.  Ümumlikdə, ən çox bahalaşma Almaniya istehsalı olan ikinci əl “M...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki,avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 35-37° isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq. Abşeron çimərlikl...
Hadisələr
Paytaxtda uşaq ölümü baş verib Bakucity.az xəbər verir ju, Banqladeş vətəndaşı, 1996-cı il təvəllüdlü Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar.  Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib.  Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsız...
Hadisələr
Yol polisi avtomobili "VAZ 21 07"-lə toqquşub Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "V...
Cəmiyyət
Avqust ayında paytaxtda mənzillərin ucuzlaşması qeydə alınıb Bakucity.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mənzil bazarındakı ucuzlaşmanın mövsümi xarakter daşıdığını deyib: "Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir. Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarı...
Hadisələr
Polis faktla bağlı araşdırmaya başlayıb Bakucity.az xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəx...
Ekologiya
Həftənin ilk iş gününə gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu tə...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava, əsasən, günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.“Qafqazinfo”nun məlumatına görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərlikləri...