Paytaxtın mərkəzində cinayət hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarov adlı şəxs M.Şərifli küçəsindən qaçırılıb. Hadisə mayın 28-da baş verib.
Bu barədə onun anası, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciətində bildirib.
O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirib, daha sonra naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib.
Hazırda faktlan bağlı araşdırma aparılır. (Ona.az)
Bakucity.az