Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, Oral Aliyev

Rəsm duyğuların cilalanmış portreti, mənzərəsidir. 

Rəssamların digər sənət adamlarından fərqlənən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları cızırlar.  

Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələri var. Dünya incəsənətinə töhfələr  vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələrvermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə,Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Hüseyn Əliyev və s. kimi klassiklərin yaratdıqları məktəb bu gün də layiqli davamçılarını hazırlayır. 

Son zamanalar gənclərin rəssamlıq sənətinə böyük marağı var. Bakucity.azpaytaxtımızda rəssamlıqla məşğul olan gəncləri təqdim edir:

Cavid İlham

- Rəsm çəkmək sevgisi məndə uşaqlıqdan başlayıb. Atam rəssam idi, onu çox müşahidə edirdim. Fırçanı necə tutduğunu, kətan üzərində necə işlədiyini saatlarla seyr edirdim. Görünür məhz bu da məndə rəsmə meyl yaradıb. Fikrimcə, rəsm çəkərkən istənilən nəticəni əldə etmək üçün, texnika və ləvazimat işə kömək edir, amma rəsmin mahiyyətini müəyyən etmir. Rəssamlıqla yanaşı animasiyanı da sevirəm. İnanılmazdır, çəkdiyin şəkillər hərəkət edir. Mən həmişə və hər yerdən ilham alıram, çünki dünyamız gözəldir. Sadəcə ona yaxından nəzər salmaq lazımdır.

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-1 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-2 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-3 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-4

İş günüm dolu keçir. Uşaqlara rəsm çəkməyi öyrədirəm və bundan çox məmnunam. 

Tez-tez sərgilərə və festivallara qatılıram. Yaradıcılıq nümunələrimi paylaşdığım “Instagram” səhifəm var. 

İncəsənət təmiz səhifədir və məncə hər kəs ona ürəklə yanaşmalıdır. İncəsənət yalanlara dözmür, mən buna əminəm.

Ləman Əfəndiyeva

- Mənim 25 yaşım var. İncəsənət Akademiyasının Moda və Dizayn fakültəsini bitirmişəm. İş prosesində müxtəlif materiallardan istifadə edirəm. Son vaxtlar isə sulu boya və markerlər çox xoşuma gəlir. Sulu boya portretləri əvəzolunmazdır. 

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-5 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-6 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-7 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-8

İlham arxasınca qaçmıram, onu gün ərzində məni əhatə edən kiçik şeylərdə tapmağı öyrənmişəm. Musiqisiz isə mümkün deyil! Fikrimcə ən əhəmiyyətli şey sənətdə öz üslubunu tapmaq və nəticənin nə qədər yaxşı olmasına baxmayaraq daim inkişaf etməyə çalışmaqdır. Bütün günümü tələbələrimə sərf edirəm, amma çətin bir iş günündən sonra belə mütləq öz eskizlərim üçün də vaxt tapmağa çalışıram. Hazırda qalereya kimi fəaliyyət göstərən platformam “Instagram” səhifəmdir, burada köhnə və yeni əsərlərimi görə bilərsiniz.

Füzuli Əliyev

- Mənim 28 yaşım var. İki üslubda çəkirəm: küçə sənəti və xəttatlıq (Xəttatlıq qrafitinin qarışığıdır). Xəttatlıq üçün adi fırçalar və emulsiyadan istifadə edirəm.

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-9 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-10

İlhamı şəhərdən alıram. Mən Bakını çox sevirəm. İnsanlar, filmlər, musiqi də mənə ilham verə bilər. Sevimli işimin adı “Əlvida”dır. Bu iş üçün mən xüsusi şriftlərdən istifadə etməklə bütün otağı bəzəmişəm. Əsərdə həyatımda mənə əzab verən bəzi məqamlar qeyd olunub. Ona görə də bu layihəni  “Əlvida” adlandırdım. Emalatxanam evimdədir, ora kifayət qədər qarışıqlıqdır. İşlərimi isə  “Instagram”da, hərdən isə küçədə görə bilərsiniz. Mənə görə incəsənət özünü ifadə etmək deməkdir. Bu çox vacibdir. Fikrimcə, incəsənətin bütün növləri insanlara çatdırılmalıdır. İncəsənət mədəniyyətin bir hissəsidir.

Ülviyyə Musayeva

Gözlənilmədən yağlı boya ilə şəkil çəkməyə başladım. Meditasiya, kosmos, insanlardan ilham alıram. Bütün rəsmlərim mənə əzizdir. Onlar canlıdır, nəfəs alırlar – bir dəfə toxunmaq kifayət edir ki, insanı daha ağıllı, daha müdrik etsinlər. Bütün vaxtımı şəkil çəkirəm. 

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-11 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-12 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-13 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-14

7 illik fəaliyyətimdə İtaliyada, Krakovda, Moskvada və Bakıda sərgilərim olub. İnsanlarla tez-tez görüşürəm, onlardan enerji alıram. Mənim işlərimlə “Instagram” səhifəmdən tanış ola bilərsiniz. İncəsənətdə ən vacib kopyalamamaq, hiss etmək və möcüzələr yaratmaqdır. 

Kənan Şeyxzamanlı

- Əsasən tuşla, lələklə və “braşpen”lə rəsm çəkməyi sevirəm. Son vaxtlar rəqəmsal sənətə daha çox vaxt sərf etməyə başlamışam.  Bu, suluboya və yağlı rəngləri təqlid edir.

Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-15 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-16 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-17 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-18 Bakının istedadlı gənc rəssamlarını tanıyaq - FOTO, fotoşəkil-19

Ətrafımdaki insanlardan, yapon illüstratorlarından və qəhvədən ilham alıram. Mən əslində həmişə əsərlərindən narazı olan rəssamlardanam, yəqin ona görə də daha çox qırmızı rəngli illüstrasiyalara üstünlük verirəm. Emalatxanam demək olar ki, bütün yaradıcılarda olduğu kimi görünür – çoxlu keyfiyyətli qələmlər, fırça, xətkeş, “sketchbook”, masamın üstündə kompüter, qrafika tableti, tuş və yaponiyadan lələklər istisma olmaqla... Mənim üçün incəsənət hansısa canlı varlıq, qadın gözəlliyidir. 

Nərminə Vahabova

Bakucity.az 

Rəsmlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər