Paytaxtda temperatur yüksələcək.
Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayında paytaxtda havanın orta aylıq temperaturunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-12 mm) gözlənilir.
Bakucity.az