AZAL sərfəli qiymətlərlə bilet təklif edir.
Yayın gəlişi adətən insanlarda səyahət həvəsinin çoxalmasına səbəb olur. Xüsusilə də paytaxda qış aylarında keçən gərgin iş rejimindən sonra... Ən azı bir həftəlik istirahət etmək üçün isə kifayət qədər vəsait lazımdır. Pulunuz az, istəyiniz çoxdursa fikir etməyin və ən ucuz aviareysləri seçin.
Bakucity.az paytaxtdan ABŞ və Avropaya bir həftəlik səyahət etməyi arzulayanlar üçün “Economy Classic” seçimini asanlaşdırıb. Materialı oxuculara təqdim edirik.
8 iyun (Şənbə günü) üçün gediş bileti
Bakıdan Nyu-Yorka “Economy Classic” (Ekonom sinif) istifadə edərək uçmaq istəyənlər AZAL-a 741.81 AZN ödəməlidirlər.
Paketə daxil olan xidmətləri təqdim edirik:
Pulsuz baqaj | 2 PC (hər biri 23 kg) |
Əl yükü | 1 yer - 10 kq |
Aviabiletin qaytarılması | Uçüşdan əvvəl- 50 % |
Tarixin dəyişdirilməsi | Uçüşdan əvvəl- 50 % |
Yeməklər | İsti yeməklər daxildir |
Yer seçimi | Ödənişsiz |
Etibarlılıq tarixi | 1 İl |
15 iyun (Şənbə günü) üçün dönüş bileti
Nyu-Yorkdan Bakıya “Economy Classic” və “Economy Flex” paketləri üzrə dönüş aviabiletləri artıq satılıb, yüksək xidmət sinifi ilə dönüş aviabileti isə ekonom sinif qiymətinədir (1 498.25 AZN).
Pulsuz baqaj | 2 PC (hər biri 23 kg) |
Əl yükü | 2 yer - 10 kq |
Aviabiletin qaytarılması | Uçüşdan əvvəl 40 Avro |
Tarixin dəyişdirilməsi | Uçüşdan əvvəl 40 Avro |
Yer seçimi | Ödənişsiz |
Etibarlılıq tarixi | 1 İl |
8 iyun (şənbə günü) üçün gediş bileti
Bakıdan Londana bir həftəlik səyahət etməyi düşünürsünüzsə, bunun üçün ən azı 501.70 AZN ödəməlisiniz.
AZAL-ın “Economy Classic" paketinə daxil olan xidmətlər isə bunlardır:
Pulsuz baqaj | 1 PC (hər biri 23 kg) |
Əl yükü | 1 yer - 10 kq |
Aviabiletin qaytarılması | Uçüşdan əvvəl- 50 % |
Tarixin dəyişdirilməsi | Uçüşdan əvvəl- 50 % |
Yeməklər | İsti yeməklər daxildir |
Yer seçimi | Ödənişsiz |
Etibarlılıq tarixi: | 1 İl |
15 iyun (şənbə günü) dönüş qiyməti
Londondan Bakıya dönmək isə bir qədər baha başa gələcək - 673.12 AZN.
Pulsuz baqaj | 1 PC (hər biri 23 kg) |
Əl yükü | 1 yer - 10 kq |
Aviabiletin qaytarılması | Uçüşdan əvvəl- 50 % |
Tarixin dəyişdirilməsi | Uçüşdan əvvəl- 50 % |
Yeməklər | İsti yeməklər daxildir |
Yer seçimi | Ödənişsiz |
Etibarlılıq tarixi | 1 İl |
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın bütün beynəlxalq reyslərində sərnişinlə pulsuz qidalanma ilə təmin olunur. İsti yeməklə yanaşı, bütün reys ərzində limitsiz çay və qəhvə sifariş edə bilərsiniz. Menyu isə uçuş sinfindən, mövsümdən, günün vaxtından və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər.
Ramilə Qardaşxanqızı
Bakucity.az