Sabah Bakı bulvarında uşaqlar üçün sürpriz olacaq

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bakucity.az xəbər verir ki, bu münasibətilə Dənizkənarı tədbir keçirəcək. 

"Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq.  Lakin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir baş tutacaq. Tədbirin əsas təşkilatçısı Qida Təhlükəsizliyi Agentliyidir. Tədbir saat 12-də Kukla Teatrının arxasındakı meydanda baş tutacaq", - deyə Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva qeyd edib ki,  mart ayında "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsi keçirilib və sabah həm müsabiqənin qalibləri elan olunacaq, həm də uşaqlar üçün nəzərdə tutulmuş tədbir keçiriləcək:

"Rəsmlərin qəbulu may ayının 25-nə kimi idi. Artıq seçim mərhələsi sona yetib. Sabah baş tutan tədbirdə qaliblər mükafatlandırılacaq. Tədbirdə agentliyin rəhbəri cənab Qoşqar Təhməzli, Təhsil Naziri Ceyhun Bayramov və digər dövlət orqanlarının rəsmi nümayəndələri iştirak edəcək".

Aysel Fərziyeva qeyd edib ki, tədbirdə uşaqlar üçün  Abdulla Şaiq adına Kukla teatrının "Oyuq" teatr studiyası tamaşa nömrəsi ilə çıxış edəcək. Eyni adlı teatr "Meyvələrin söhbəti" tamaşasını da təqdim edəcək. Bundan başqa müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə səhnəciklər və uşaqların əylənməsi üçün DJ olacaq. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
466 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.  BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər. Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təkli...
Cəmiyyət
Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverd...
Cəmiyyət
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib): • Küveyt – 159 avro• Antalya – 169 avro...
Cəmiyyət
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev Mərkəzində yaradılıb: "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə ü...
Hakimiyyət
Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb. BakuCity.az
Hadisələr
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. BakuCity.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Həmçinin oxu: Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və...
Hadisələr
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır. Qeyd edək ki, h...
Cəmiyyət
Bakının Xətai rayon məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə başa çatıb. BakuCity.az-ın məlumatına görə, vəkil Ramil Rüstəmovun Oxu.Az-a bildirib, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Vəkil deyib ki, N.Şahmarzadəyə verilən cəzaya görə, o, Xətai rayonu ərazisində küçə süpürəcək. Qərara əsasən, N....
Cəmiyyət
Oktyabrın 22-də Bakı Sərgi Mərkəzində XXV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2019”) sərgisi açılıb. BakuCity.az xəbər verir ki, sərgidə 23 ölkədən 280 şirkət iştirak edir. 1995-ci ildə təsis edilmiş sərgi bu illər ərzində 35 ölkəni təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların n...