Bu gün Bakıda gözəllik müsabiqəsinin çoxdan gözlənilən finalıdır

Bu gün Bakıda gözəllik müsabiqəsinin çoxdan gözlənilən finalıdır

Müsabiqənin qalibləri bəlli olacaq.

Bakucity.az xəbər verir ki, "Miss & Mister AZERBAIJAN 2019" Milli gözəllik müsabiqəsinin çoxdan gözlənilən final gecəsi bu gün saat 19:00-da Bakı Musiqi Akademiyasının OPERA Studiyası keçiriləcək.

Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Nərminə Hacıyevadır. 

Münsiflər heyətində yarışmanın baş təsisçisi və təşkilatçısı Anelya Orduxanova, icraçı direktoru Anil Abbasov və başqa məşhurlar olacaq. 

Yarışmada 17 oğlan və 17 qız iştirakçı qalib adı uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, “Miss & Mister Azerbaijan” Milli gözəllik yarışmaları 21 ildir keçirilir və yarandığı ilk illərdə Mədəniyyət Nazirliyinin (Əvvəlki adı Mədəniyyət və Turizm Nazirliyi) lisenziyası əsasında fəaliyyət göstərib. Sonradan isə Azərbaycanda müsabiqələrə bu növ təşkilatçılıq ləğv edildiyindən, hazırda Nazirlik tərəfindən lisenziya verilmiş yeganə müsabiqədir.

Finala giriş biletləri şəhərin bütün kassalarında (8-12 AZN) satışdadır.

Yarışmamın informasiya dəstəkçisi Bakucity.az saytıdır. 

Bu gün Bakıda gözəllik müsabiqəsinin çoxdan gözlənilən finalıdır, fotoşəkil-1
Miss və Mister
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər