Bakıda qızla oğlan motosikletlə ağır qəzaya düşdülər - FOTO

Bakıda qızla oğlan motosikletlə ağır qəzaya düşdülər - FOTO, Oral Aliyev

Səhər saatlarında paytaxtda motosiklet qəzası baş verib.

Bakucity.az xəbər verir ki, Səbail rayonu Neftçilər prospektindəki qəza zamanı iki nəfər xəsarət alıb. 

Rza Qasımov motosikletlə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və motosikletdəki sərnişin 1998–ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisə sürət həddinin aşılması səbəbindən baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

Bakıda qızla oğlan motosikletlə ağır qəzaya düşdülər - FOTO, fotoşəkil-1 Bakıda qızla oğlan motosikletlə ağır qəzaya düşdülər - FOTO, fotoşəkil-2 Bakıda qızla oğlan motosikletlə ağır qəzaya düşdülər - FOTO, fotoşəkil-3

Bakucity.az 

Yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər