İyun ayının qeyri-iş günləri açıqlanıb.
Bakucity.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun - Ramazan bayramı, 15 İyun - Milli Qurtuluş günü və 26 İyun -Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək.
15 İyun - Milli Qurtuluş günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 17 iyun istirahət günüdür.
Qeyd edək ki, bu müddət ərzində Bakı sakinləri və şəhərimizin qonaqları paytaxtda təşkil olunan konsert və digər əyləncəli proqramlara qatılmaqla istirahətlərini daha yaxşı keçirə bilərlər.
Bakucity.az