Paytaxtda ağır yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı avtomobil və “Shacman” markalı yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlu ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bakucity.az