Bakıda "Yeni özünə doğru 5 addım" adlı təlim keçiriləcək

Bakıda "Yeni özünə doğru 5 addım" adlı təlim keçiriləcək

“Arzu etdiyin gələcəyə nail olmaq üçün şüurunu indi idarə et”

Bakucity.az xəbər verir ki, YARAT müasir incəsənət məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru 5 addım” adlı giriş mühazirə və praktiki təlimlər təşkil edir.

Təlimləri şəxsiyyətin potensialının inkişafı üzrə mütəxəssilər - “IntAlt Life” komandası 12, 14, 15, 16 iyun tarixlərində keçəcək. 

“IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatçılarından biridir.

Komanda müntəzəm olaraq meditasiya bacarıqları, özünüanaliz, münaqişəsiz ünsiyyətin inkişafı, neqativ psixoloji vəziyyətin dəyişməsi və stressin səviyyəsinin azaldılmasına yönəlmiş müəllif dərsləri və təlimlər keçirir. 

Təlimlərlə yanaşı, “IntAlt Life” komandası şəxsiyyətin inkişafı üzrə “Özünüinkişaf payızı” Münhen, Almaniya; “Özünüinkişaf yazı” Moskva, Rusiya və s. kimi uzunmüddətli kompleks proqramlar təşkil edir. 

Təlim və təlimçi haqqında ətraflı məlumat bu keçiddə: www.insan.yarat.az

Bakucity.az 

təlim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər