Bakıda muzeylər yanğın və oğurluqdan bu üsulla qorunur - ARAŞDIRMA

Muzeylər mədəni irsin saxlanc yeri kimi böyük əhəmiyyət daşıyır.

Bakıda ən vacib məkanlardan biri də muzeylərdir. Muzeylərin təhlükəsizliyi, necə qorunması isə hər zaman aktual olub. 

Bəs, muzeylərdə yanğın təhlükəsizliyi hansı səviyyədədir? Yanğın baş verərsə, tarixi eksponatlar necə xilas ediləcək? Muzeylərin təhlükəsizliyi üçün hansı işlər görülür? Bakucity.az bu suallara cavab tapmaq üçün maraqlı araşdırma aparıb. Materialı oxuculara təqdim edirik.

Azərbaycan Xalça Muzeyi

Muzeyin baş mühafizi Mira Məmmədxanova deyib ki, muzeydə təhlükəsizliyin təmin olunmasını bilmək üçün muzeyi ziyarətə gəlmək lazımdır. Çünki mühafizə elə giriş qapısından başlayır:

“Bina siqnalizasiya və təhlükəsizlik kameraları ilə təchiz olunub. Mühafizəyə həm daxili təhlükəsizlik işçiləri, həm də mühafizə polisinin əməkdaşları nəzarət edir. Muzeydə “yeriyən siqnalizasiya” quraşdırılıb ki, adətən iş vaxtı bitəndən sonra işə düşür. Bizdə təhlükəsizliyin təmin olunması, xüsusilə yanğından mühafizə məqsədilə mütəmadi təlimlər keçirilir”.

Mühafizin dediyinə görə, burada yanğın zamanı əməkdaşların həyata keçirəcəkləri fəaliyyət, insanların təxliyə olunması kimi məsələlər vaxtaşırı təkmilləşdirilir. 

Məlumat üçün qeyd edək ki, muzeydə 10 minə yaxın eksponat saxlanılır.

Azərbaycan Milli İncəsənət Muzeyi

Muzeyin baş mühafizi Nailə Rəhimovanın dediyinə görə, burada təhlükəsizlik və mühafizənin təşkili 

“Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat”a əsasən aparılır:

“Muzey 24 saat fəaliyyət göstərən yanğın-siqnalizasiya və müasir video-müşahidə sistemləri ilə təchiz olunub. Muzeydə yanğından mühafizə olunmaq üçün bütün vacib təlimatlara əməl edilir. Bu istiqamətdə mütəmadi olaraq əməkdaşlar üçün təlimlər də keçirilir. Muzeyi ziyarətə gələnlər isə girişdə yoxlanıldıqdan və muzey eksponatlarına toxunmamaq haqqında xəbərdarlıq edildikdən sonra içəri buraxılırlar. Muzeyin ekspozisiya zallarında olan nəzarətçilərimiz də eksponatların qorunmasına nəzarət edirlər”.

Qədim Şərq və Azərbaycan, Rusiya, Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən əsərlərin nümayiş olunduğu muzeydə 17 mindən çox eksponat saxlanılır.

Azərbaycan İstiqlal Muzeyi

Muzeyin əməkdaşı Sədi Mirseyidli qeyd edidib ki, muzey Daxili İşlər Nazirliyi tərəfindən quraşdırılan sistemlər vasitəsilə qorunur:

“Muzeydə xüsusi yanğın balonları və tüstüyə reaksiya verən yanğından mühafizə siqnalizasiya sistemləri quraşdırılıb ki, onların vasitəsilə əsasən fondların, inzibati otaqların və ekspozisiyaların təhlükəsizliyini qoruyuruq.  Muzeyə gələn ziyarətçilər isə girişdə polislər tərəfindən yoxlanıldıqdan sonra içəri buraxlırlar”.  

Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən muzeydə 22 mindən çox eksponat saxlanılır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Muzeyin ümumi işlər üzrə direktor müavini İlqar Hacıyev saytımıza açıqlamasında bildirib ki, muzeydə yanğın təhlükəsizliyi tədbirlərinə riyayət olunması yüksək səviyyədədir:

“Muzeyin binasının bütün mərtəbələrində yanğın su kranlarının dolabları yerləşdirilib. Hər mərtəbə üzrə binanın təxliyyə planı tərtib edilib və FHN tərəfindən təstiq edilib. Ehtiyyat çıxış yolları daim açıq saxlanılır. Muzeydə yanğın xəbəredici siqnalizasiya sistemləri quraşdırılıb, videomüşahidə otağı fəaliyyət göstərir və bu otaqdan ekspozisiya otaqlarına nəzarət olunur. Bundan başqa, 3 nəfərdən ibarət yanğından mühafizə manqamız da var”. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olan muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

Saytımıza açıqlama verən muzeyin ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva qeyd edib ki, muzey hazırda təmirə bağlanıb və təhlükəsizliklə bağlı bütün zəruri sistemlər quraşdırılacaqdır:

“Bizdə yanğına qarşı mühafizə tədbirləri həmişə görülüb, əməkdaşlar arasında təlimlər keçirilib. Muzey təmirə dayanana qədər də təhlükəsislik sistemləri və mühafizə xidməti tərəfindən qorunurdu. Muzeyə əşyalarla giriş qadağan idi və gələn qonaqlar girişdə yoxlanıldıqdan sonra içəri buraxılırdılar. Əksər eksponatlar isə siqnalizasiya ilə təchiz olunmuş zərbəyədavamlı xüsusi şüşə vitrinlərdə sərgilənirdi. Hazırda yeni təhlükəsizlik kameraları quraşdırılıb, siqnalizasiya və yanğından mühafizə sistemləri isə quraşdırılacaq. Ümumilikdə, muzeyin bütün vitrin və zonalarında mühafizə sistemləri yenilənir”.

Qeyd edək ki, muzeydə 300 mindən çox eksponat saxlanılır.

Muzey tarixi-mədəni mirasın etibarlı qorunması və gələcək nəsillərə çatdırılması üçün önəmli məkandır. Bu gün isə paytaxtda fəaliyyət göstərən 5 böyük muzeyin necə qorunduğunu araşdırmağa çalışdıq. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Muzeylər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
35 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...