Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO

Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, Oral Aliyev

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəx saxlanılıb.

Bakucity.az xəbər verir ki, Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan 

Maştağa qəsəbə sakini Əhməd Quliyev narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədə çətənə kolu aşkar olunaraq götürülüb. 

Saxlanılan şəxsin məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-1 Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-2 Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-3 Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-4 Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-5 Bakıda bağ evində narkotik bağçası salan şəxs saxlanıldı - FOTO, fotoşəkil-6

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər