Sabaha paytaxtda gözlənilən hava şəraiti açıqlanıb.
Bakucity.az xəbər verir ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Bakucity.az