BBAK sərnişinlərə müraciət etdi.
Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu, Ramazan bayramı ilə əlaqədardır.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Bakucity.az