Bakıda bayram yarmarkaları təşkil olunacaq - ÜNVANLAR

Bakıda bayram yarmarkaları təşkil olunacaq - ÜNVANLAR, Oral Aliyev

Yarmarkalar paytaxtın iki rayonunda təşkil olunacaq.

Bakucity.az xəbər verir ki, Ramazan bayramı ilə bağlı təşkil olunacaq yarmarkalar iyunun 4 və 5 tarixlərində baş tutacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məslə ilə bağlı bunları deyib: 

 “Yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsullarının satışına dəstək olmaqdır. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, “Space” TV -nin qarşısı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq. Yerli fermerlər, qida istehlakçıları ora dəvət olunacaq”. (Oxu.az)

Bakucity.az 

Yarmarka
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər