Paytaxtda 1 otaqlı ən bahalı və ucuz ev neçəyədir?
Bakıda daşınmaz əmlak bazarında canlanma müşahidə edilir. Bakucity.az paytaxtda ən bahalı və ən ucuz 1 oataqlı mənzillərin qiymətini araşdırıb.
Ən bahalı 1 otaqlı mənzil
Nərimanov rayonunda “Avesta”nin arxasında 9 mərtəbəli “Leninqrad” layihəli köhnə binanın 7-ci mərtəbəsində, orta blokda yerləşən 1 otaqlı (44 m²) təmirsiz bina 67 000 manata satılır. Mənzildə qaz, su və işıq daimidir. Mənzilin çıxarış sənədi var.
Elanın linki: https://bina.az/items/1095190
Ən ucuz 1 otaqlı mənzil
Əhmədlidə, Yataqxana tipli beşmərtəbənin 5-ci mərtəbəsində yerləşən 1 otaqlı (22 m²) mənzil 12 800 AZN-ə satışa çıxarılıb. Hamam və mətbəx mərtəbədə yaşayan 3 ailə üçün ümumidir, amma isti və soyuq suyu daimidir. Həmçinin, qaz və elektrik problemi yoxdur. Mənzilin çıxarış sənədi yoxdur, qeydiyyat isə qiymətə daxildir.
Elanın linki: https://bina.az/items/1044192
Qeyd edək ki, hazırda bu qiymətə Bakının avtomobil bazarında köhnə "Mercedes C180" markalı avtomobil almaq mümkündür.