Bakıda kişi həyat yoldaşını qısqandığı üçün güllələdi

Bakıda kişi həyat yoldaşını qısqandığı üçün güllələdi, Oral Aliyev

Paytaxtda kişi həyat yoldaşını güllələyib.

Bakucity.az xəbər verir ki, hadisə iyunun 1-i axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb.

61 yaşlı Novruzov Zahid Balabəy oğlu ov tüfəngi ilə 55 yaşlı həyat yoldaşı Novruzova Təranə Yəhya qızının baş nahiyəsindən atəş açaraq öldürüb. Daha sonra kişi özünə atəş açaraq, intihar etmək istəyib. Ancaq Z.Novruzov sağ qalıb və hazırda xəstəxanadadır. 

İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Qətli törətməzdən əvvəl Z.Novruzov spirtli içki qəbul edibmiş. 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. (Oxu.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər