Bakıda maşın dəmir maneəyə çırpıldı - FOTO

Bakının Xətai rayonu Zığ şosesində yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, şəhərdən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Renault Megane” markalı avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə nəticəsində dəmir maneə avtomobilin ön şüşəsindən salona girib, arxa şüşədən çıxıb. “Renault”a ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Onun avtomobildə tək olduğu, ciddi xəsarət almadığı bildirilir. (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Toylar oktyabr ayından bərpa edilə bilər. BakuCity.az xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraci...
Siyasət
Döyüş atışlı taktiki təlimlərə başlanılıb. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. BakuCity.az xəbər verir ki, bununla baölı Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin...
Siyasət
Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır.  “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”. BakuCity.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib. Sahibə Qafarova...
Cəmiyyət
Yoluxma halları qeydə alınan siniflər bağlanacaq. “Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər”. BakuCity.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib. K. Əsədovun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi: “Bildiyiniz kimi, 90-a ya...
Ekologiya
Bakıda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə...
Cəmiyyət
Həbs olunan rəis ev dustaqlığına buraxılıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Faiq Bağırovun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib. Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edil...
Kriminal
Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb. BakuCity.az xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.   İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə...
Cəmiyyət
Azərbaycanda 65 yaşdan yuxarı müəllimlər işdən azad edilir. Yeni tədrsi ilindən başlayaraq 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır. BakuCity.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə aydınlıq gətirib: "Pandemiya...
Hadisələr
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində baş qeydə alınıb. Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasının qarşısı) "Mercedes" markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə piyada keçidi olmayan yerdə qeydə baş veriv. (xezerxeber) BakuCity.az