Bakıda “Break dance & Hip-Hop” üzrə müsabiqə keçiriləcək

Bakıda “Break dance & Hip-Hop” üzrə müsabiqə keçiriləcək

Qaliblərə pul mükafatı veriləcək.

Bakucity.az xəbər verir ki, 9 iyunda Bakı Olimpiya Stadionunda “Caspian Flava Crew”in təşkilatçılığı ilə “Break dance & Hip-Hop” rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçiriləcək. 

Yarışma 2017-ci ildən adı çəkilən rəqslərinin inkişafı üçün təşkil olunmuş çempionatdır.

Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyətində Moskova şəhərindən “Break Dance” üzrə bir çox dünya yarışlarının qalibi və həmin rəqs üzrə peşəkar müəllim Aslan Neymətov (Bboy Stimo), Saratov şəhərindən “Hip-Hop” üzrə peşəkar müəllim və eyni zamanda bir çox yarışların qalibi Vusal Qasanovdur (Vusalizm). 

Müsabiqənin qaliblərinə aşağıdakı mükafatlar veriləcək:

"Break dance pro" 1 yer – 500 manat

"Hip-hop pro" 1 yer – 500 manat

"Break dance kids" – 200 manat

"Hip -hop kids" -200 manat 

Yarışmaya artıq Gürcüstan, Estoniya, Rusiya və s. kimi xarici ölkələrdən, regionlardan iştirakçılar qatılıb.

Qeyd: 8 iyun tarixində Vusal Qasanov və Aslan Neymətov tərəfindən "Nero Dance Studio"da "Break dance" (15:00 – 16:00) və "Hip-Hop" (14:00 – 15:00) üzrə ödənişsiz "Master class" keçiriləcək. 

Müsabiqənin informasiya dəstəkçisi Bakucity.az saytıdır.

müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər