Bakı bulvarında möhtəşəm həftəsonu konsertləri keçiriləcək

Bakı bulvarında möhtəşəm həftəsonu konsertləri keçiriləcək

Konsertlərə bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir.

Bakucity.az xəbər verir ki, iyunun 8-də Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək.

Festivalda azərbaycanlı rəqqaslar, mügənnilər, artistlər çıxıç edəcəklər. Bundan əlavə, bulvarda Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfindən müxtəlif növ rəqslərdən ibarət açıq dərslər keçiləcək. Dərslərə istəyindən asılı olaraq hər kəs qatıla bilər. 

Festival çərçivəsində bütün yayı 3-4 saatdan ibarət konsert proqramları olacaq.

Bakucity.az 

festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər