Bayram günlərində yol polisi Bakıda nəzarəti artıracaq

Bayram günlərində yol polisi Bakıda nəzarəti artıracaq, Oral Aliyev

Bayram günü paytaxt yollarında təhlükəsizlik necə təmin olunacaq?

“Bayram günlərində paytaxt yollarında avtomobillərin hərəkəti ilə bağlı hələlik heç bir məhdudiyyət nəzərdə tutulmayıb, xüsusi göstəriş yoxdur. Amma hər zaman olduğu kimi yollarda bütün təhlükəsilik tədbirləri görüləcək”. 

Bunları Bakucity.az-a açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Onun sözlərinə görə, paytaxtda bütün istiqamətlər üzrə rahat, fasiləsiz və təhlükəsiz hərəkət təmin olunacaq: 

“Təhlükəsizliyi tam təmin etmək üçün, Bakıda bayram və ya digər məsələlərlə bağlı tədbirlər keçirilən ərazilər polis tərəfindən nəzarətə götürüləcəkdir. Bayram günlərində paytaxtdan ətraf ərazilərə, istirahət mərkəzlərinə gedənlərin sayı çox olur. Yarana biləcək neqativ halların qarşısının alınması üçün sürücülərə sürət həddinə fikir vermələrini, yollarda qoyulmuş nişanların tələblərinə əməl etmələrini, özləri və sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlanmasını unutmamalarını, diqqəti yayındıra biləcək heç bir hərəkətə yol verməmələrini, xüsusilə də mobil telefonla danışmaq yol qəza hadisəsinin yaranma etimalını artırır düşüncəsini yaddan çıxarmamalarını və təbii ki, ara məsafəsini normaya uyğun saxlamalarını tövsiyyə edirəm”.

Qeyd edək ki, ölkədə Ramazan bayramı 5-6 may tarixlərinə qeyd olunacaq. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər