Bakıda “İkinci Garage Screen Film” Festivalı keçiriləcək

Bakıda “İkinci Garage Screen Film” Festivalı keçiriləcək

Festival “Qaraj” Muzeyi və MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə keçirilir.

Bakucity.az xəbər verir ki, bu il festival çərçivəsində müasir incəsənətlə bağlılığı olan müxtəlif strategiyalar və onunla əlaqədar estetik tətbiqlər haqqında 7 film nümayiş olunacaq.

Festivalın tərəfdaşları YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzidir. Nümayişlər həmin məkanlarda keçiriləcək. YARAT-da bütün nümayişlər ödənişsizdir və yalnız telefon vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Proqrama – Moskva konseptualizminin əsas fiqurları olan İlya və Emiliya Kabakovlar haqqında Anton Jelnovun çəkdiyi "Yazıq adamlar. Kabakovlar" sənədli filmi, tamaşaçını Nyu-Yorkun 1970–1980-ci illərinin icəsənət mühitinə qərq edən Sara Drayverin “Baskiya: Reallığın partlayışı” filmi, Hizer Lentsin ən məşhur müasir rəssamın “qalaktikası” haqqında “Kusama: Sonsuzdünyalar” hekayəsi, Eddi Martinin strit-art ulduzu Entoni Listerin həyatından çəkdiyi “Listerləritanıyırsınız?” filmi daxildir.

Rəssamlar haqqında filmlərlə yanaşı proqram çərçivəsində 2018-ci ilin ən parlaq debütləri, məşhur feminist komiksi əsasında çəkilmiş "Tropikvirusu", yeniyetmələr haqqında "Başlanğıc" və "Madlen Madlen" ekran əsərləri göstəriləcək.

PROQRAM:

YARAT Müasir İncəsənət Mərkəzi

4 iyun, 19:30 - “Baskiya: Reallığın partlayışı”

11 iyun, 19:30 - "Tropikvirusu"

18 iyun, 19:30 - “Kusama: Sonsuzdünyalar”

Nizami Kino Mərkəzi

6 iyun, 19:30 - "Başlanğıc"

13 iyun, 19:30 - "Yazıqadamlar. Kabakovlar"

20 iyun, 19:30 - "MadlenMadlen"

25 iyun,19:30 - “Listerləritanıyırsınız?”

Bakıda “İkinci Garage Screen Film” Festivalı keçiriləcək, fotoşəkil-1 Bakıda “İkinci Garage Screen Film” Festivalı keçiriləcək, fotoşəkil-2

Bakucity.az

festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər