Bakıda avtobus sürücüsü ilə sərnişin əlbəyaxa dava etdi - VİDEO

Bakıda avtobus sürücüsü ilə sərnişin əlbəyaxa dava etdi - VİDEO, Oral Aliyev

Davaya sərnişinin avtobusa uşaq arabası daxil olması səbəb olub.

Bakucity.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən 18 nömrəli avtobusda baş verib. 

Belə ki, avtobusa orta qapıdan uşaq arabası ilə daxil olan sərnişindən sürücü avtobusu tərk etməyi tələb edib. Sərnişin isə ön qapıdan uşaq arabası ilə daxil olmağın mümkün olmadığını, buna görə orta qapıdan daxil olduğunu deyib.

"Ön qapıdan mümkün deyil, düş, hansı avtobusla gedirsən get, gərək bununla gedəsən?!", deyə sürücü sərnişinə qışqırıb.

Onun haqsız olduğunu bildirən digər sərnişin də sürücü tərəfindən, "sən kimsən ki, etiraz edirsən, düş avtobusdan" kimi ifadələrlə təhqir olunub. 

Bakucity.az

Bakıda avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər