Bakıda aktyor Fuad Osmanovun rejissor debütü olacaq - MÜSAHİBƏ

Rus Dram Teatrında tamaşaçıları hansı yenilik gözləyir?

İyunun 8-də  Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrınında ikiqat premyera olacaq. Birincisi, teatr həvəskarları fransız dramaturqu Patrik Bessonun “Heyvanarın dialoqu” və “Taksiçi” adlı  pyesləri əsasında hazırlanan “Tənhalıq komediyası” adlı yeni tamaşaya baxa biləcəklər. İkincisi, tamaşaçılar aktyor Fuad Osmanovu yeni ampulada, rejissor kimi görəcəklər.

Bakucity.az qarşıdakı teatr bayramının bəzi təfərrüatlarını öyrənmək üçün əməkdar artistlə həmsöhbət olub.

- Nəyə görə Patrik Bessonun məhz bu iki əsərini seçmisiniz? 

-Mən bu əsəri bir neçə il əvvəl sovet dönəmində nəşr olunan “Teatr” jurnalında oxudum. Patrik Bessonun bu bir aktlı pyesləri çox xoşuma gəldi. Biri “Heyvanların dialoqu”, digəri isə “Taksist” adlanır. Besson bunları yaradarkən “Heyvanların dialoqu”nu tənhalıq komediyası adlandırıb, amma o, bu adı janr kimi istifadə edib. Mən teatrın ədəbi hissə müdiri Valentina Reznikova ilə məsləhətləşdim, bu iki pyesi ümumi olaraq “Tənhalıq komediyası” adı altında birləşdirməyə qərar verdim. 

Biz əsərin müəllifi Patrik Bessonla əlaqə saxladıq və onun razılığı ilə yeni pyes üzərində çalşmağa başladıq.

- Nə vaxtdan özünüzü rejissor kimi yoxlamaq qəraına gəlmisiniz və sənətinizi tam dəyişmək fikriniz varmı?

- Açığını desəm, mən xeyli vaxtdır ki, müəyyən mənada bu işnən məşğulam. Rejissorumuz İrana Tağı-Zadə tamaşa qoyanda bir qayda olaraq, mən plastika və rəqsləri işləyirəm. Demək olar ki, mənim quruluş təcrübəm var. Amma bu o demək deyil ki, mən sabahdan rejussor olacam (gülür). Mənim aktyorluq sənətindən çox xoşum gəlir. Başa düşürəm ki, rejissor kimi fəaliyyətə başlamaq başqa məsuliyyətdir, başqa sənətdir. Tam rejissorluğa keçmək barədə qərar qəbul eləməmişəm. Sadəcə olaraq, özüm bütün tamaşanı hazırlamaq qərarına gəldim və bu əsərlər mənə maraqlı idi.

Ola bilər ki, gələcəkdə məni yenə nəsə maraqlandırar və yeni pyes üçün ideya taparam. O zaman yeni quruluşa cəhd edərəm. İndiki halda mən dəqiq rejissor taleyi planlaşdırmıram. Müəyyən ideyalarım var, amma onları dəqiq plan adlandırmaq olmaz. Bunu düşünüb-daşınmaq lazımdır və əgər məsləhət görsələr işə başlamaq olar. 

- Məşqlər başa çatıb, görülən işə nə qiymət verirsiniz?

- Aktyorların işini qeyd edə bilərəm. Mənim çox yaxşı komandam yığılıb: Xalq artisti Səfa Mirzəhəsənov, Oleq Əmirbəyov, Murad Mamedov, Ramil Əliyev, Elmar Ələkbərov. Bizim komandada həmçinin teatrımızım ən istedadlı aktrisalarından olan Həcər Ağayeva var və o, plastika ilə məşğul olur, mənə tamaşaya quruluş verməyə kömək edir. Hamı yaxşı çalışıb, amma nəyə nail olduğumuzu tamaşaçı müəəyyən edəcək. Ümid edirik ki, tamaşaçılar bizi alqışlarla dəstəkləyəcək (gülür).

- Premyaraya gələcək tamaşaçıları nə gözləyir?

- Bu tamaşanı iki komediya əhvalatı kimi təyin etməyimizə baxmayaraq, komediya adlandırmaq çətinidr, amma düşünürəm ki, müəllif əbəs yerə “tənhalıq” sözünü seçməyib. Pyesdə kişi tənhalığı barəsində danışılır, belə adam isə şən ola bilməz. Buna görə də, mən tamaşaçıya kişi tənhalığının necə olduğunu göstərməyi qərara aldım. Ümid edirəm ki, aktyorlarımız bu hissi göstərə biləcək və tamaşaçı hər şeyi anlayacaq. 

- Neçə illərdir ki, səhnədə aktyor kimi çıxış edirsiniz, hər şeyə öyrəşmisiniz, tezliklə isə sizin rejissor debütünüz olacaq. Həyacan hiss edirsinizmi, yoxsa sakitcə premyera gününü gözləyirsinz?

- Həyacan indidən var! Mən aktyor kimi səhnəyə çıxanda da ilk üç dəqiqəni həyacanlanıram, sonra hər şeyi unudaraq rola girirəm. Rejissor debütünə gəlincə, mənə elə gəlir ki, tamaşa boyunca həyəcanlanacam. Baş rejissorumuz Şarovski mənə həmişə deyir ki, “Eybi yox, tezliklə sən mənim nə çəkdiyimi görəcəksən” (gülür). 

Qeyd edək ki, tamaşa Fuad Osmanovun 55 illiyinə həsr olunub.

Züleyxa İsmayılova

Bakucity.az 

Teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin brifinqində bildirilib. Məlumata görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub: “Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri...
Cəmiyyət
Bakıda iş yerində bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, o...
Siyasət
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə...
Cəmiyyət
Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb. Qayd...
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərba...
Cəmiyyət
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən BakuCity.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun...
Siyasət
Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı. Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb. BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai...
Cəmiyyət
Ağırlaşma və ölüm riskini azaldan vitamin. D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır. BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar. Sonra onlarda...
Cəmiyyət
Sürücülər cərimə edilir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir. BakuCity.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutuları olmalıdır. “Bu, “Yol hərəkəti haqq...