Nəsimi rayonunun bir hissəsində iki gün su olmayacaq.
Bakucity.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq. Bununla bağlı 7-8 iyun tarixlərində rayonun bir hissəsinə içməli suyun verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bakucity.az