Ramil Usubov Bakıda iki polis rəisinin yerini dəyişdi

Ramil Usubov Bakıda iki polis rəisinin yerini dəyişdi, Oral Aliyev

Paytaxtda iki polis rəisi dəyişdirilib.

Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.

Qeyd edək ki, bu təyinatlar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən həyata keçirilib. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər