Bakıda 6 il əvvəl quldurluq edən şəxs saxlanıldı

Bakıda 6 il əvvəl quldurluq edən şəxs saxlanıldı, Oral Aliyev

Paytaxtda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

Bakucity.az xəbər verir ki, 2013-cü ilin dekabr ayında Abşeron rayonu ərazisində Y. Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs quldurluq edib. Belə ki, o, sürücünü hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E. Çərkəzov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər