Zabrat qəsəbəsində qətl hadisəsi törədilib.
Bakucity.az xəbər verir ki, qəsəbə sakini Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. O, hadisə yerindən qaçıb, ev sahibi isə hadisə yerində ölüb.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin Bərdə rayon sakini C.Babaşov olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Bakucity.az