Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Namılum şəxs 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızını bıçaqlayıb.
K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.
Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.
Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırıb. Polis əməkdaşları onu fikrindən yayındırmağa nail olub.
İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. (Oxu.az)
Bakucity.az