Bakıda London taksisində qorxunc hadisə baş verdi

Bakıda London taksisində qorxunc hadisə baş verdi, Oral Aliyev

Paytaxtda müştəri sürücünü öldürmək istəyib.

Bakucity.az xəbər verir ki, bu barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov bildirib. O, qeyd edib ki, iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verib. Bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb. 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər