FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO

FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO

Şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Bakucity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatdırılıb.

FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-1 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-2 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-3 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-4 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-5 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-6 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-7 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-8 FHN Bakıdakı bu məktəbdə təlim keçirdi - FOTO, fotoşəkil-9

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər