Binəqədidə qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bakucity.az xəbər verir ki, onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.
Onlar kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.
Həmin şəxslər “10-GD-021” qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb. (Oxu.az)