Yol polisi bu gecə Bakıda reyd keçirib

Yol polisi bu gecə Bakıda reyd keçirib, Oral Aliyev

Paytaxtda qayda pozan sürücülərə qarşı reyd keçirilib.

Bakucity.az xəbər verir ki, Nəsimi rayonunda keçirilən reyd zamanı 20-dən çox belə sürücü aşkarlanıb.

Cavadxan küçəsində keçirilən reyd zamanı avtomobildə konstruktiv dəyişiklik edən, avtoxuliqanlıq edərək nəqliyyat vasitəsini idarə edən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər saxlanılaraq müvafiq qaydada cərimələniblər.

Reyd zamanı daha çox “Niva” markalı nəqliyyat vasitələrində konstruktiv dəyişikliklər edildiyi məlum olub.

Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyev bildirib ki, gün ərzində davam etdirilən reyd zamanı 18 nəqliyyat vasitəsi müvafiq qaydada saxlanılaraq cərimə meydançasına aparılır. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər