Slovakiya millisinin Bakıya gələcək heyətində dəyişiklik edildi

Slovakiya millisinin Bakıya gələcək heyətində dəyişiklik edildi, Oral Aliyev

Futbol üzrə Slovakiya yığmasının heyətində dəyişiklik edilib.

Bakucity.az xəbər verir ki, İordaniya ilə dünən keçirilən yoxlama oyunundan sonra 5 futbolçu heyətdən kənarlaşdırılıb.

Bunlar Dominik Qreyf, Lukaş Ştetina, Martin Xrien, Samuel Mraz və Laslo Benesdir. Bu oyunçular iyunun 11-də Bakıda Azərbaycan yığması ilə keçiriləcək qarşılaşmaya hazırlığı davam etdirən heyətdən çıxarılıb.

Baş məşqçi Pavel Hapal öncədən açıqladığı 29 nəfərlik heyətdən 6 futbolçunu çıxaracağını bəyan etmişdi. Lakin təcrübəli mütəxəssis beş oyunçudan imtina etməklə kifayətlənib.

Qeyd edək ki, Slovakiya yığması AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər