Bakının ən məşhur festivalı nüfuzlu mükafata layiq görülüb.
Bakucity.az xəbər verir ki, Moskvada “Vegas City Hall” konsert salonunda illik Rusiya “Fashion People Awards 2019” mükafatının təqdimat mərasimi keçirilib.
Bu barədə "СтарХит" məlumat yayıb.
"JARA" Beynəlxalq Musiqi Festivalı "İlin festivalı" nominasiyasında “Fashion People Awards 2019” mükafatına layiq görülüb. Mükafat bu möhtəşəm musiqi layihəsinin təşkilatçılarından biri, Azərbaycanın Xalq artisti Emin Ağalarova verilib.
Bakucity.az