Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakıda VI Türk Dünyası Araşdırmalar simpoziumu keçiriləcək.

Bakucity.az xəbər verir ki,Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi simpoziuma (13-15 iyun tarixlərində) Türk dünyası ölkələrindən 300-ə yaxın elm adamı qatılacaq.

Elm adamlarının 3 gün ərzində müxtəlif sahələr üzrə məruzələri dinləniləcək. 

2014-ci ildən keçirilən simpoziumda təşkilatçısı olan universitetlərin tələbələrinin iştirakı ilə “Kökümüz Bir - Türkük Festivalı” da baş tutur. Türk dünyasının mədəniyyətinin nümayiş edildiyi festivalla yanaşı, ev sahibi olan ölkədə keçirilən sosial proqramlar çərçivəsində tarixi və mədəni abidələr də ziyarət edilir.

Bundan başqa, hər il məruzələrdən ibarət Məruzə Kitabının nəşr olunması, Türk dünyası ilə bağlı aparılan tədqiqatların nəsillərə ötürülməsində və paylaşımında mühüm rol oynayır.

Türk Dünyası Araşdırmalar simpoziumu 2018-ci ilin oktyabrında Qazaxıstanın Almatı şəhərində baş tutub. (Qafqazinfo.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər