UEFA: Bakı gözəl şəhərdir - bakucity.az

UEFA: Bakı gözəl şəhərdir

UEFA-nın rəsmi saytında Bakı ilə bağlı məqalı dərc olunub.

Bakucity.az xəbər verir ki, məqalədə Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi baxımından hələ nisbi olaraq naşı olsa da, kifayət qədər qısa müddət ərzində özünü geniş imkanları olan populyar şəhər kimi sübuta yetirdiyi deyilir.

Bakı Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərdən biri olmağa hazırlaşır. AFFA-nın baş katibi Elxan Məmmədov Avropa çempionatının keçirilməsi ilə bağlı assosiasiyanın planları barədə danışıb, Bakının futbol fanatları üçün niyə möhtəşəm məkan olduğu, həmçinin, hazırda qurulan idman irsi barədə söz açıb.

“Biz elə strategiya qurmuşuq ki, gələcəkdə Bakı idman mərkəzinə çevrilsin, biz tədricən bu hədəfimizə çatırıq. Bakı, həqiqətən, idman mərkəzi olacaq”, - deyə Məmmədov bildirib. O, Avro-2020-nin Bakıda uğurlu şəkildə keçirilməsi üçün assosiasiyanın və maraq dairələrinin əlindən gələni etdiyini vurğulayıb.

“Necə oldu, küləklər şəhəri (Bakını güclü küləklərə görə belə adlandırırlar)  Avro-2020-nin ev sahiblərindən biri oldu? İrimiqyaslı tədbirlərin keçirilməsi baxımından Azərbaycan paytaxtının “xidməti siyahı”sı getdikcə böyüyür. Futbolun inkişafı uzun illərdir ki, AFFA üçün əsas motivasiya faktorudur.  

“İdman irsini elə qurmalıyıq ki, daha çox insanı futbola cəlb edək, bu oyun daha da inkişaf etsin. Futbol elə bir idman növüdür ki, hər zaman durmadan böyüyür, inkişaf edir. Son bir neçə il ərzində onun populyarlıq səviyyəsi daha da artıb. Bəli, başqa idman növləri də var və onlara maraq artır. Bununla belə, futbol hər zaman dünyanın ən populyar idman növü olub”, - deyə E.Məmmədov bildirib.

“Bizim üçün əsas olan həm ölkədə, həm də regionda futbola olan maraq səviyyəsini qoruyub-saxlamaqdır. Bizim irsimiz o olacaq ki, gələcəkdə daha çox uşaq futbol oynayacaq, daha çox uşaq kompüter arxasından durub, həyətə çıxacaq, top qovacaq. Bu da ölkədə sağlam həyat tərzinin inkişafına və daha sağlam insanların böyüməsinə vəsilə olacaq”, - deyə o əlavə edib.

İdeal harmoniya

Bakı Xəzər dənizi sahilində yerləşən ən iri şəhərdir. Həmçinin, dünyanın ən aşağı dəniz səviyyəsində yerləşən paytaxtı sayılır: dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Azərbaycan paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda Avro-2020-nin qrup mərhələsinin üç oyunu və dörddə bir final matçı keçiriləcək.

Son illər sürətli inkişafın xeyrini görən Bakı öz zəngin tarixi irsi, o cümlədən, müxtəlif qədim mədəni-tarixi obyektləri və XV əsrə aid Şirvanşahlar sarayı olan İçərişəhəri ilə öyünə bilər. Qonaqlara Azərbaycanın xoş təsir bağışlayan paytaxtını göstərmək ümidi ilə, E.Məmmədov  bütün Avropa və digər bölgələrdən futbol azarkeşlərini qarşılamağı səbirsizliklə gözləyir.

“Bakının danılmaz üstünlüyü var. Bakı turistlər üçün çox cəlbedici və maraqlı olan qədim hissəsi, həmçinin, müxtəlif incəsənət sərgiləri və müasir attraksionları ilə valeh edən müasir hissəsi olan olduqca harmonik bir şəhərdir.

Bundan başqa, Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Turistlər Bakıda olacaqları müddətdə şəhərin üç əsas cəhətinin dadını çıxara biləcək. Bütün bu obyektlər bir-birinə çox yaxın yerləşir, bəziləri hətta bir neçə addımlıq məsafədədir”.

Bu şənliyi qaçırmaq olmaz

E.Məmmədov Futbol üzrə Avropa Çempionatının regional əməkdaşlığın rəğbətləndirilməsindən başqa, Bakı sakinlərinə uzunmüddətli müsbət təsirlərinin olacağına ümid edir.

“2020-ci ildə biz bütövlükdə Avropa çempionatının Bakıda və qonşu ölkələrdə bütöv futbol tarixini yazacağıq. Çünki biz bütün regionda futbol azarkeşlərinə AVRO-2020-nin həyəcanını və xoş anlarını yaşatmaq istəyirik. Şəhərdə azarkeşlər və turistlər üçün müxtəlif diqqətçəkən tədbirlər keçiriləcək. Biz fan-zonaların aktiv olma müddətinin uzadılmasını planlaşdırırıq və inanırıq ki, bu da insanların oraya gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaradacaq”, - deyə E.Məmmədov əlavə edib.

E.Məmmədov AVRO-2020 ilə bağlı canlanmanın Bakıda çempionat start götürməzdən çox əvvəl başlayacağını əlavə edib.  

“İdman yarışı başlamazdan əvvəl fan-zonalar yaratmağı düşünürük. Yəqin ki, çempionatın başlamasına 30 gün qalmış artıq fan-zonalar açılacaq. Könüllülər, azarkeşlər və turistlər bura gəlib, özlərini bu çempionatın ayrılmaz bir hissəsi hiss edəcəklər. 

Matçlarda iştirak etmək, yoxsa başqa məqsədlərlə gəlmiş turistlər belə. Bu, olduqca vacibdir. Düşünürəm ki, bu, özlüyündə fanatlar arasında rəqabət yaradacaq, belə ki, qəbul edən 12 şəhərin hər birinin öz azarkeşləri olacaq”.

Tədbir başlamazdan əvvəl biz AVRO-2020 ilə bağlı müxtəlif idman müsabiqələri keçirməyi planlaşdırırıq. Müxtəlif idman tədbirləri olacaq, təkcə fubol yox. Əlavə əyləncəli proqramlar  çempionata yaxın təqvimdə təşkil olunacaq.  

AVRO-2020 və digər qəbul edən şəhərlərin təbliğatı üçün tədbirlərin təqvimini hazırlamağı planlaşdırırıq. Məqsəd Bakı və digər 11 ev sahibi şəhərin azarkeşləri arasında əlaqələrə vasitəçilik etməkdir.

 Elxan Məmmədovun azarkeşlərə ismarıcı belədir:

“Avropa çempionatından maksimum həzz alın. Çempionat 30 gün davam edəcək. İmkan tapıb, 30 günlük istirahət götürün və ev sahibləri olan 12 şəhərdə xoş vaxt keçirin”.

Bakı

Xəzər dənizi sahilində yerləşən Bakı AVRO-2020-ni qəbul edən ən uzaq şərq şəhəridir. Bakı ilk dəfədir ki, futbol üzrə Avropa Çempionatını qəbul edir və bu, futbol ictimaiyyətinin yüksək təəsüratına səbəb olacaq.

Bakı – Odlar Diyarı kimi tanınan Azərbaycanın paytaxtıdır. Şəhərə ən yaxın olan dağ – Yanardağın yamacında təbii qazın hesabına daima alovlanan ocaq, şübhəsiz, şəhərin əsas gəzməli-görməli yerlərindən sayılır.

Bakının mərkəzində yerləşən Alov Qüllələri bir növ bu təbii fenomeni təqlid edərək, qədim şəhərə müasir sima bəxş edir. Şəhərdə bu yaxınlarda tikilən obyektlər arasında 2015-ci ildə açılışı olmuş Bakı Olmpiya Stadionu da yer alır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını məhz orada keçirib. Avropa Liqasının cari mövsümdəki finalı da orada baş tutub. (Oxu.az)

MATÇLAR

13 iyun: A qrupunun matçı

17 iyun: A qrupunun matçı

21 iyun: A qrupunun matçı

4 iyul: 1/4 final

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Rusiyalı ulduzlar öz təəssüratlarını bölüşüb Bakucity.az xəbər verir ki, iyunun 22-də "Sea Breeze" istirahət mərkəzində iyul ayında keçiriləcək "Jara-2019" beynəlxalq musiqi festivalına həsr olunmuş konsert keçirilib.  Tədbirdə bir səhnəni bölüşən Azərbaycan və Rusiya şou-biznesinin nümayəndələri jurnalistlərə açıqlama veriblər. Onlar öz planlarından danışıb, təəssüratlarını bölüşüblər.   Jurnalistlərin ilk həmsöhbəti altıncı dəfə paytaxtımızın qonağı olan...
Hadisələr
Hadisə paytaxtda yerləşən emalatxanada baş verib Bakucity.az xəbər verir ki, orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən sürücü saxlanılıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının saxladığı “99 LE 781” dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovdur.  Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib. Bunu...
Mədəniyyət
Bahh Tee: "Pre-party "JARA 2019" hamının bir araya gəlməsi üçün əla fürsətdir” Bakucity.az xəbər verir ki, iyunun 22-də paytaxtın “Sea Breeze” istirahət mərkəzlərində “JARA 2019" beynəlxalq musiqi festivalının möhtəşəm “Pri-party”si keçirilib.  Tədbirdə Rusiya və Azərbaycan şou-biznesinin nümayəndələri iştirak ediblər.  Musiqi festivalının çoxsaylı qonaqları arasında məşhur rusiyalı müğənni, söz yazarı, "Jara FM" radiostansiyasının baş prodüseri, “Sbejim v...
Cəmiyyət
Onlardan 10-u kişi, 6-sı isə qadındır Bakucity.az xəbər verir ki, ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.    Gün vurlanlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib.  Bakucity.az
Hadisələr
Onun bir neçə şəxsə iri məbləğdə borcu olub Bakucity.az xəbər verir ki, Ucar rayonun sakini,  40 yaşlı Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. hazırda polis onun axtarışı ilə məşğuldur.  İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac)...
Hadisələr
Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları düşüb Bakucity.az xəbər verir ki, Xətai rayonunun Sarayevo küçəsində "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.  Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb. "NİVA"-ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib. (Trend) Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...