Bakıda çox ucuz qiymətə 253 mənzil satılır - bakucity.az

Bakıda çox ucuz qiymətə 253 mənzil satılır

MİDA mənzillərin güzəştlə satışını həyata keçirəcək.

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə məlumat açıqlayıb.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Rusiyalı ulduzlar öz təəssüratlarını bölüşüb Bakucity.az xəbər verir ki, iyunun 22-də "Sea Breeze" istirahət mərkəzində iyul ayında keçiriləcək "Jara-2019" beynəlxalq musiqi festivalına həsr olunmuş konsert keçirilib.  Tədbirdə bir səhnəni bölüşən Azərbaycan və Rusiya şou-biznesinin nümayəndələri jurnalistlərə açıqlama veriblər. Onlar öz planlarından danışıb, təəssüratlarını bölüşüblər.   Jurnalistlərin ilk həmsöhbəti altıncı dəfə paytaxtımızın qonağı olan...
Hadisələr
Hadisə paytaxtda yerləşən emalatxanada baş verib Bakucity.az xəbər verir ki, orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən sürücü saxlanılıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının saxladığı “99 LE 781” dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovdur.  Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib. Bunu...
Mədəniyyət
Bahh Tee: "Pre-party "JARA 2019" hamının bir araya gəlməsi üçün əla fürsətdir” Bakucity.az xəbər verir ki, iyunun 22-də paytaxtın “Sea Breeze” istirahət mərkəzlərində “JARA 2019" beynəlxalq musiqi festivalının möhtəşəm “Pri-party”si keçirilib.  Tədbirdə Rusiya və Azərbaycan şou-biznesinin nümayəndələri iştirak ediblər.  Musiqi festivalının çoxsaylı qonaqları arasında məşhur rusiyalı müğənni, söz yazarı, "Jara FM" radiostansiyasının baş prodüseri, “Sbejim v...
Cəmiyyət
Onlardan 10-u kişi, 6-sı isə qadındır Bakucity.az xəbər verir ki, ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.    Gün vurlanlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib.  Bakucity.az
Hadisələr
Onun bir neçə şəxsə iri məbləğdə borcu olub Bakucity.az xəbər verir ki, Ucar rayonun sakini,  40 yaşlı Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. hazırda polis onun axtarışı ilə məşğuldur.  İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac)...
Hadisələr
Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları düşüb Bakucity.az xəbər verir ki, Xətai rayonunun Sarayevo küçəsində "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.  Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb. "NİVA"-ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib. (Trend) Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...