Bakıda Mərkəzi İncəsənət məktəbində görüş keçirildi - FOTO

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində əməkdaşlıq görüşü keçirilib.

Bakucity.az xəbər verrir ki, iyunun 8-də keçirilən görüşün məqsədi musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaqdır. 

Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva  uşaq musiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, məkətbin direktoru, Respublikanın Əməkdar artisti Əziz Qarayusifli və başqaları iştirak edib. 

Görüş iştirakçıları Sankt-Peterburq, Moskva, Macarıstanın musiqi təhsilinin hansı istiqamətdə aparılması, onların fəaliyyəti ilə yaxından tanış olmaq, musiqi təhsilinə yanaşma və maraqlı metodiki üsullarını öyrənmək,  təcrübə mübadiləsi aparmaq üçün şərait yaratmaq, ölkəmizdə musiqi təhsilinin necə aparılmasından ətraflı söhbətlər aparıblar.

Boçkay Gimnaziyasının Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbini təcrübə mübadiləsi üçün  bu ilin oktyabr ayında Macarıstana işgüzar görüşə dəvət etməsi də bu görüşün gözəl nəticəsi olub.

Sonda qonaqlar “Alov” rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə dəvət olunub.

Musiqişünas Leyla Həsənovanın rəqs tarixi haqqında maraqlı məruzə ilə hazırladığı tədbirə “Ümid yeri” və Bakının bir neçə sığınacaq evindən 40 nəfərə yaxın uşaq dəvət edilib. “Məktəbin xalq çalğı alətlri ansamblı,“Dəcəl qızlar” rəqs kollektivi, “Səbinə” rəqs kollektivi tədbirdə iştirak ediblər.

Konsertə dəvət olunan bütün uşaqlara kollektiv adından hədiyyələr  təqdim edilib. 

Sonda qonaqlar adından Vitali Romanov, Ekaterina Yesenina yüksək səviyyədə keçirilən bu gözəl musiqi hədiyyəsindən böyük zövq aldıqlarını xüsusi qeyd ediblər. 

Bakucity.az

görüş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
89 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakı polisi onların digər cinayətlərini araşdırır Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) və 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə əməliyyat tədbirləri həyata keçirilib. Avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıblar. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəti...
Mədəniyyət
Müəlliflər gənc aktyorlar Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir. Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir. Bakucity.az
Hadisələr
Bakı sakini yüksək dozada narkotikin təsirindən ölüb Bakucity.az-ın məlumata görə, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Əliyev Natiq Adil oğlu yaşadığı evdən anidən ölüb. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
FHN yanğınla bağlı açıqlama yayıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanıb Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.  Qısa zamanda yanğın söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtda iki ərəbin yataqda şam yandırması yanğına səbəb olub Bakucity.az xəbər verir ki, 22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.  Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdi...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çi...
Hadisələr
Bakıda dəhşətli anlar kameraya düşüb Bakucity.az xəbər verir ki, eraport yolunda kommunal işçiləri yüksəksürətli yolu keçmək istəyiblər. Onlar yolu qaçaraq keçən zaman son anda avtomobilin təkəri altından qalmaqdan xilas olublar.  Görüntüləri təqdim edirik: (avtosfer.az) Bakucity.az
Hadisələr
O, bu il ikinci sinfə gedəcəkdi Bakucity.az xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib. Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedir...
Hadisələr
Paytaxtda xanım sürücünün pozduğu qayda kameralara düşüb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat yolunda (Balaxanı işıqforunun yanı) 99 NG 853 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Qoşa xəttin tələbini pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bununla da inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Sürücünü 100 manat və 4 cərimə balı gözləyir. (Avtosfer.az)  ...