Bu gün Bakıda nəqliyyatla bağlı konfrans keçiriləcək

Bu gün Bakıda nəqliyyatla bağlı konfrans keçiriləcək, Oral Aliyev

“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans başlayır.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ekspo Mərkəzində saat 14:00-dan 16:00-a qədər “TransCaspian” sərgisi çərçivəsində baş tutacaq konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsət sayılır. 

Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq. Spikerlər sırasında TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayev, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin istismar xidmətinin müdiri Yucin Si, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev də var.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər