Bakı Ekspo Mərkəzində iki sərginin açılışı olub

Sərgilərin açılış mərasiminə nazir Ramin Quluzadə də qatılıb.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi (“TransCaspian/Translogistica 2019”) və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi (“Road & Traffic 2019”) işə başlayıb.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, son illər ölkədə nəqliyyat sektorunun inkişafına böyük önəm verilir, bunun üçün regional layihələr həyata keçirilir. Azərbaycanda qəbul edilmiş dövlət proqramlarına uyğun, müasir və funksional nəqliyyat sistemi formalaşdırılır. Ümumilikdə aparılan siyasətin əsasını sağlam rəqabət mühitinin yaradılması təşkil edir.

Bakıda keçirilən 2 sərgi 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib. Belə ki, sərgilərdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus və digər ölkələri təmsil edən şirkətlər məhsul və xidmətlərini (yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi, yol hərəkətinin təhlükəsizliyi, yolların nişanlanması və işıqlandırılması üçün avadanlıqlar, proqram təminatları və s.) təqdim edirlər. “Azərbaycan Dəmir Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də iştiraçılar arasındadır.

Beləliklə, “TransCaspian/Translogistica 2019”) və “Road & Traffic 2019” sərgiləri xarici şirkətlərə yerli bazarla əlaqə yaratmaq, Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələri genişləndirmək üçün imkanlar yaradır. Sərgiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarasi Komissiyasinin Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstəkləyir.

Sözügedən tədbirlər çərçivəsində bu gün Bakıda “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans da keçiriləcək. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az
Cəmiyyət
"Dedilər, hər evdən 3 manat yığırıq, ver" Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. BakuCity.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb. Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edirlər. Bu pul müqabilində onların mənzillərini...
Cəmiyyət
Səfirlik Azərbaycana viza verilməsini dayandırıb İrandan Azərbaycana gəlmək üçün turpaket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək məqsədilə hotellərə müraciət ediblər. BakuCity.az xəbər verir ki, bu barədə İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi "Sputnik Azərbaycan"a bildirib. O deyib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: "Onların çoxu 4 uld...