Sərnişinlər bundan sonra Bakı metrosunda bu qatarlarda gedəcək - FOTO

Sərnişinlər bundan sonra Bakı metrosunda bu qatarlarda gedəcək - FOTO

5 vaqonun hər birinin ayrıca mühərriki var

Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 yeni qatarın bir sıra üstünlükləri açıqlanıb. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  məsələ ilə bağlı bunları deyib:

 “Adətən metro qatarlarında 2 mühərrik olur ki, onlar da baş vaqonlara quraşdırılır. Amma metronun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub”.

B.Məmmədov deyib ki, yeni qatarlarda kondisioner sisteminə xüsusi diqqət yetirilib: 

“Tələbimizə uyğun olaraq, vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə onlardan daima istifadə etməyə imkan verir. Bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək". (Report)

Sərnişinlər bundan sonra Bakı metrosunda bu qatarlarda gedəcək - FOTO, fotoşəkil-1 Sərnişinlər bundan sonra Bakı metrosunda bu qatarlarda gedəcək - FOTO, fotoşəkil-2 Sərnişinlər bundan sonra Bakı metrosunda bu qatarlarda gedəcək - FOTO, fotoşəkil-3

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər