Yarışmaya uşaqlar da qatılıb
Bakucity.azxəbər verir ki, iyunun 9-da Bakı Olimpiya stadionunda “Caspian Flava Crew” təşkilatçılığı ilə “Break dance & Hip-Hop” rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçirilib.
Yarışmaya 9 yaşdan 14 yaşadək uşaqlar və 14 yaşdan yuxarı böyük iştirakçılar qatılıb.
“Hip-hop” üzrə kiçik yaş kateqoriyasında seçim turlarına qatılan 30 iştirakçıdan 16-sı seçilib.
Seçilənlər arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib.
Birinci yeri “Harmony Dance Studio”nun tələbəsi Kamkilla qazanıb. Qalibə mükafat olaraq sertifikat və 200 AZN pul verilib.
“Break dance” üzrə kiçik yaş kateqoriyasında seçim turlarına qatılan 25 iştirakçıdan 16-sı seçilib.
Seçilənlər arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib. I yeri “Harmony Dance Studio” tələbəsi Bgirl Rumeysa qazanıb, qalibə mükafat olaraq sertifikat və 200 Azn pul verilib.
“Break Dance” üzrə böyük yaş kateqoriyasında 16 nəfər iştirakçı arasında battle keçirilib. Birinci yerin sahibi olan Fərman Lazımova (Bboy Button) sertifikat və 500 Azn pul mükafatı verilib.
“Hip-hop” üzrə böyük yaş kateqoriyasında iştirakçı sayı 24 nəfər olub. Bunlar arasında seçim turları keçirilərək, 16 nəfər iştirakçı arasında battle keçirilib. Birinci yerin sahibi olan Ramil Məmmədli (Rayman) sertifikat və 500 Azn pul mükafatı verilib.
Yarışmanın keçirilməsində məqsəd “Break Dance” və “Hip-Hop” mədəniyyətinin daim inkişaf etməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin kənarda qalmaması, onların üzə çıxarılmasına təkan verməkdir.
“Caspian Style Jam”ın növbəti yarışması 2020-ci il 9 iyun tarixində keçiriləcək.
Qeyd edək ki, yarışmanın təşkilati dəstəkçisi “Jam Group” komandası, informasiya dəstəkçisi Bakucity.az saytıdır.