Qaradağ rayonunda dəhşətli yol qəzası baş verib
Bakucity.az xəbər verir ki, Ələt qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın işıq dirəyinə, daha sonra yol kənarındakı dayanacağa çırpılıb.
Zərbənin təsirindən avtomobil ikiyə bölünüb. Qəza zamanı sürücünün xəsarət alaraq, xəstəxanaya çatdırıldığı bildirilir
Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. (oxu.az)